20 noyabr tarixində Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin Zəfər Gününün ilk il dönümünə həsr edilmiş tədbirinə dair xüsusi proqram efirə verilib.
Səfirlikdən 525.az-a verilən məlumata görə, proqramın aparıcısı jurnalist Fabiana Ceyhan bu il ölkəmizə və işğaldan azad olunmuş ərazilərə səfərindən, 17 noyabr tarixində səfirlikdə yerli jurnalistlər üçün Zəfər Gününə həsr edilmiş tədbirdən söz açmışdır. Daha sonra, bir neçə həftə öncə Braziliya Senatında Parlamentlər arası Dostluq Qrupunun rəhbəri senator Antonio Anastasiyanın Azərbaycana getməsi və işğaldan azad olunmuş ərazilərə səfərinə aid Senatda çıxışı yer tapıb. Səfir Elxan Poluxov keçən ilin 44 günlük müharibəsindən məlumat verərək, Ermənistanın son təxribatlarından danışmış, Braziliyanı və digər ölkələri azad olunmuş ərazilərin bərpasına töhfə verməyə çağırıb.
Bundan əlavə, efirə gedən xüsusi reportajda yerli jurnalistlərin Azərbaycan haqqında söylədikləri təqdirəlayiq fikirlərlə yanaşı, otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan cənab Milton Atanazio Azərbaycanın torpaqlarının geri qaytarılması ilə bağlı xalqımızı təbrik etmiş, regionda sülhün bərqərar olunmasını və Braziliyanın da bu prosesdə daha fəal iştirak etməsi arzusunu bildirib.
Qeyd edək ki, bu proqram 21 noyabr tarixində eyni kanalda təkrarlanıb.
Keçid linki:
çap et