525.Az

Bolqarıstanda ağır qəza baş verib 


 

Bolqarıstanda ağır qəza baş verib <b style="color:red"></b>

Bolqarıstanın qərbində qəzaya uğrayan sərnişin avtobusu yanıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ən azı 46 nəfər ölüb. Hadisə ölkənin paytaxtı Sofiyanın cənub-qərbində, Bosnek kəndi yaxınlığında magistral yolda baş verib. Hökumət rəsmisi Nikolay Nikolov BTV televiziyasına bildirib ki, ölənlər arasında uşaqlar da var.

Qəza və yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Bildirilib ki, avtobus yol kənarındakı maneələrə çırpılıb. 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

El Roman
 

 





23.11.2021    çap et  çap et