525.Az

UEFA-dan "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım


 

UEFA-dan "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım<b style="color:red"></b>

UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

525.az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Kayrat"la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb. Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

Xatırladaq ki, "Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

 





23.11.2021    çap et  çap et