525.Az

"Azərbaycan və Ermənistan arasında komissiya yaradıla bilər"


 

"Azərbaycan və Ermənistan arasında komissiya yaradıla bilər"<b style="color:red"></b>

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında sənəd imzalana bilər.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Suallardan belə başa düşdüm ki, sərhədlərin demarkasiya və delimitasiyasının nəticələrinə dair sənədin imzalanması təəssüratı yaranıb. Əsla belə deyil. Ermənistan və Azərbaycanın imzalaya biləcəyi potensial sənəd sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında ola bilər”, - deyə Baş nazir qeyd edib.

 





23.11.2021    çap et  çap et