|
|
|
|
Fransanın Baş naziri Jan Kasteks koronavirusa yoluxub.
525.az xəbər verir ki, nazir, sanitar qaydalara riayət etməməkdə günahlandırılaraq, çoxsaylı tənqid şərhlərinin hədəfinə çevrilib. J.Kasteks 11 yaşlı qızının koronavirus testi müsbət olduqdan dərhal sonra PCR testi verib və onun da testinin nəticəsi müsbət olub.
Onun koronavirus testi verməmişdən bir gün əvvəl ölkənin əksər nazir və dövlət katibləri ilə görüşdüyü bildirilir.
Qeyd edilib ki, J.Kasteks cari ilin mart və iyun aylarında 1-ci və 2-ci doza “AstraZeneca” peyvəndi vurdurub. O, xəstəliyi yüngül keçirir. Belə ki, yaxınlarının verdiyi məlumata əsasən, onda xəstəliyin yüngül əlamətləri, xüsusilə də öskürək var.