|
|
|
|
Maqdalena Andersson İsveç tarixində Baş nazir seçiləm ilk qadın olub.
525.az xəbər verir ki, noyabr ayının 24-də İsveçin Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersson Krallıq tarixində ilk qadın Baş nazir seçilib.
İsveç parlamentində baş tutan səsvermədə 349 deputatın 174-ü Maqdalena Anderssonun əleyhinə səs verib. Onun lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir seçilib. Noyabrın 26-da Baş nazir yeni hökumətin tərkibini elan edəcək.
Qeyd edək ki, noybarın 4-də Sosial Demokrat Partiyasının liderliyindən istefa verən sabiq Baş nazir yeni hökuməti qurması üçün maliyyə naziri Maqdalena Anderssonu məsləhət görmüşdü.