525.Az

İsveç tarixində ilk dəfə qadın Baş nazir seçilib


 

İsveç tarixində ilk dəfə qadın Baş nazir seçilib<b style="color:red"></b>

Maqdalena Andersson İsveç tarixində Baş nazir seçiləm ilk qadın olub.

525.az xəbər verir ki, noyabr ayının 24-də İsveçin Sosial Demokratlar Partiyasının yeni rəhbəri Maqdalena Andersson Krallıq tarixində ilk qadın Baş nazir seçilib.

İsveç parlamentində baş tutan səsvermədə 349 deputatın 174-ü Maqdalena Anderssonun əleyhinə səs verib. Onun lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir seçilib. Noyabrın 26-da Baş nazir yeni hökumətin tərkibini elan edəcək.

Qeyd edək ki, noybarın 4-də Sosial Demokrat Partiyasının liderliyindən istefa verən sabiq Baş nazir yeni hökuməti qurması üçün maliyyə naziri Maqdalena Anderssonu məsləhət görmüşdü.

 





24.11.2021    çap et  çap et