"Real Madrid"in 34 yaşlı fransalı futbolçusu Kərim Benzema milli komandadan olan yoldaşı Matyö Valbuenanı şantaj etməsinə görə günahlandırılır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət fasilədən sonra yenidən məhkəmə məsələyə aydınlıq gətirib. Nəticədə Benzemanı 1 il həbs və 84 min dollar pul cəzası gözləyir. Lakin futbolçunun vəkili cəzanın azaldılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, 7 il sonra Avropa çempionatı üçün Fransa milli komandasına çağırılan Benzema, elə Valbuenanı şantaj etdiyi üçün Milli komandaya çağırılmırdı.
Məhəmməd Tağıyev