525.Az

Benzema həbs oluna bilər


 

Benzema həbs oluna bilər<b style="color:red"></b>

"Real Madrid"in 34 yaşlı fransalı futbolçusu Kərim Benzema milli komandadan olan yoldaşı Matyö Valbuenanı şantaj etməsinə görə günahlandırılır. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət fasilədən sonra yenidən məhkəmə məsələyə aydınlıq gətirib. Nəticədə Benzemanı 1 il həbs və 84 min dollar pul cəzası gözləyir. Lakin futbolçunun vəkili cəzanın azaldılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, 7 il sonra Avropa çempionatı üçün Fransa milli komandasına çağırılan Benzema, elə Valbuenanı şantaj etdiyi üçün Milli komandaya çağırılmırdı.

Məhəmməd Tağıyev

 





24.11.2021    çap et  çap et