525.Az

Tehranla AEBA arasında nüvə təftişlərinə dair danışıqlar nəticəsiz başa çatıb


 

Tehranla AEBA arasında nüvə təftişlərinə dair danışıqlar nəticəsiz başa çatıb<b style="color:red"></b>

Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) Tehran arasında nüvə təftişlərinə dair danışıqlar nəticəsiz başa çatıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi təşkilatın direktorlar şurasını məlumatlandırıb. O bildirib ki, Tehrana son səfərində əsas mövzu İranın nüvə mərkəzlərinə nəzarətlə bağlı problemlər və nüvə proqramının inkişafına dair açıq suallar diqqət mərkəzində dayanıb. Qeyd edilib ki, bütün səylərə baxmayaraq, nəzarətlə bağlı açıq suallara dair danışıqlarda nəticə əldə olunmayıb.

AEBA-nın baş direktorunun bu məlumatı 2015-ci ildə İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin xilası üçün növbəti Vyana danışıqlarından əvvələ təsadüf edir. Bu isə 2018-ci ildə ABŞ-ın sazişi birtərəfli qaydada tərk etməsindən sonra yerdə qalan ölkələrin apardığı danışıqların aqibəti üçün ürəkaçan xəbər olmayıb. Bununla belə, 6 aylıq fasilədən sonra gələn həftə Vyanada Avropa İttifaqının sədrliyi ilə İranla danışıqların növbəti raundu keçirilməlidir.

 





24.11.2021    çap et  çap et