525.Az

Milli Kitabxanada “Kəlbəcər azaddır!” sərgisi təqdim olunub


 

Milli Kitabxanada “Kəlbəcər azaddır!” sərgisi təqdim olunub<b style="color:red"></b>

10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabr tarixində Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Kəlbəcər azaddır!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Kəlbəcərin tarixi, təbiəti, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/kelbecer_azaddir!/index.htm linkindən istifadə edə bilərlər.

 





25.11.2021    çap et  çap et