525.Az

Gənc Tamaşaçılar Teatrında premyera


 

Gənc Tamaşaçılar Teatrında premyera<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni səhnə əsərini sənətsevərlərə təqdim etməyə hazırlaşır.

Hələ 2020-ci ildə “Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə teatrın təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə «Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsi elan olunmuşdu. Müsabiqədə gənc yazıçı Pərviz Seyidlinin «Mələk» pyesi qalib gəlmişdi. Teatrların fəaliyyəti bərpa edildikdən sonra gənc rejissor Ayla Osmanova əsərə quruluş verib.

Psixoloji dram janrında qələmə alınmış əsər pandemiyanın bəşəriyyəti sürüklədiyi bəladan, ailələri düçar etdiyi  faciədən bəhs edir. Anasını itirmiş gənc, gözəl Lalə sarsıntıdan, tənhalıqdan, ən əsası isə onu anbaan izləyən günah hissindən tükənib. Gözlənilməz bəla bütün dünyanı və bu dünya içərisində hər kəsi sarsıdıb. Amma bütün hallarda sənət insanları çıxılmazlıqdan, qəliz labirintlərdən xilas etmək üçündür. Bütün sualların cavabı elə tamaşaçının gözü önündə tapılacaq...

Baş rolların ifaçıları Ramil Məmmədov və Aygün Fətullayevadır. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir.

Qeyd edək ki, teatrın böyük zalı təmirə bağlı olduğundan premyera 20 dekabr saat 19:00-da Rus Dram Teatrı səhnəsində baş tutacaq.

 





25.11.2021    çap et  çap et