525.Az

Bu gün “Qarabağ”ın avrokubok matçı var


 

Bu gün “Qarabağ”ın avrokubok matçı var<b style="color:red"></b>

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti turunun oyunları keçiriləcək.

525.az xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Kiprin “Omoniya” klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək. Qrupun digər matçı isə saat 19:30-da Qazaxıstanda “Kayrat” və “Bazel” komandaları arasında baş tutacaq. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, “Qarabağ” da qələbə qazansa, bu zaman təmsilçimiz qrupda 1-ci yeri təmin edəcək ki, bu da 1/8 finala vəsiqə deməkdir.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur
25 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

 





25.11.2021    çap et  çap et