525.Az

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək


 

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək<b style="color:red"></b>

Gələn ilin mart ayında Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

525.az-ın xəbərinə görə, toplatında təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) faktaraşdırıcı missiyasının Azərbaycanın işğaldan azad olunan ərazilərində apardığı araşdırmalarla bağlı hesabatı müzakirə olunacaq.

Qeyd edək ki, İƏT MDİHK-nın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında İƏT-in faktaraşdırıcı missiyasının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib.

 





25.11.2021    çap et  çap et