525.Az

Vətəndaş cəmiyyəti qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və rolu


 

Vətəndaş cəmiyyəti qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və rolu<b style="color:red"></b>

 

Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə vətəndaş cəmiyyətinin digər institutları mühüm rol oynayır. Azərbaycan dövləti öz növbəsində vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, təşkilatlanmasına, habelə onların dövlət siyasətinin icra olunmasında yaxından iştirak etməsinə maraqlıdır. Buna görə dövlət bu sahədə atdığı hər bir addımla QHT-lərin inkişaf etdirilməsində maraqlı olduğunu əyani sübut edir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının  yaradılması bu qurumun həyata keçirdiyi addımlar, istərsə gerçəkləşdirilən digər tədbirlər bu sektorun inkişafına əsaslandıraraq, onların cəmiyyətin inkişafında yaxından iştirak etməsinə şərait yaradıb.

Qeyd edək ki, bu yazının hazırlanmasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin bu sahədə olan araşdırmalarından istifadə edilib. 

 

(Əvvəli 26 aprel sayımızda)

 

QHT-lər xüsusilə yoxsullar, işsizlər, qadınlar, gənclər, etnik azlıqlar bu  kimi digər hədəf qruplarına texniki-peşə təhsili təlimi xidmətləri göstərməklə bu qrupların dövlət tərəfindən təmin edilməyən bazarda əldə edə bilmədiyi mal   xidmətlərə olan ehtiyaclarını qarşılaya bilirlər. Daha çevik ehtiyaclara yönəlik xarakteri ilə QHT-lər bu cür sosial xidmətləri innovativ üsullarla təqdim edə bilirlər.

Bacarıqların artırılması icmanı inkişaf proqramlarında iştiraka həvəsləndirmək   səfərbər etmək QHT-lərin vacib vəzifələrindədir. Onlar icmanın bilik bacarıqların artırılması öz gücünə güvənməyə yönələn fəaliyyətlər həyata keçirməklə icmanın davamlı inkişafını təmin  edə bilirlər. İcmada böyük enerji olur ki, məlumatsızlıq, təhsilsizlik, ətalət digər səbəblərdən istifadə edilməmiş qalır. 

Lakin bu ətaləti QHT-lər maariflənmə, bacarıqların artırılması təşkilatlanma vasitəsilə qıra icmaya potensialını reallaşdırmağa kömək edə bilirlər. İcma inkişafının kənar qüvvələrdən asılılığını azaltmaq üçün icma öz daxili resurslarına güvənməlidir. Əksər hallarda yerli icmaların müəyyən layihələrin həyata keçirilməsi üçün vacib olan peşəkar mütəxəssisləri resursları olmur. Bu halda, QHT-lər yerli heyətə layihələrin hazırlanması həyata keçirilməsində yardımçı ola bilirlər. İcma resurslarının məlumatlılığın artmasına, layihələrdə iştiraka  motivasiyaya ən nəhayət icma həyatının keyfiyyətinin  yüksəlməsinə yardım edirlər. Bacarıqların artırılması icma  potensialının aşkarlanması artırılmasına töhfə verən davamlı inkişaf siyasəti kimi müəyyən edilib. Bacarıqların artırılması xidmətlərin icmanın ehtiyacları xüsusiyyətləri haqqında az məlumatlı olan kənar ekspertlər tərəfindən həyata keçirildiyi proqramlardan daha səmərəlidir. Buna görə bacarıqların artırılmasının vacib nəticəsi kimi davamlı inkişafa qabil iqtisadi cəhətdən inkişaf etmiş icma görülür. Yardım reabilitasiya bacarıqların artırılması, sosial xidmətlərin təminatı   ictimai vəkillik strategiyaları nisbətən uzun müddətə nəticə verən fəaliyyətlərdir. Xüsusilə bu proqramlardan faydalana bilməyən xüsusi qruplar (yaşlılar, əlillər s.) da var ki, onların bilavasitə  yardıma ehtiyacı olur. Bəzən təbii fəlakətlər, konfliktlər kimi  fövqəladə situasiyalarda QHT-lər tərəfindən müvəqqəti sığınacaq, ərzaq yardımı s. kimi ənənəvi yardım reabilitasiya proqramları xeyli dərəcədə əhəmiyyətli olur. QHT-lər belə hadisələrlə bağlı həyəcan təbili çalmaq, beynəlxalq yardımları cəlb etmək, çevik münasibət, yerli təşkilatlarla əməkdaşlıq fəlakətlərə hazırlıq kimi qabiliyyətlərə malikdir. 

 

QHT-lər ictimai vəkillik

 

Demokratikləşmə istiqamətində artan qlobal meyllər QHT-lərin ictimai siyasət strategiyaların hazırlanmasında iştirakı  üçün əlverişli imkanlar açır. İctimai vəkillik QHT-lərin  qərarvermə prosesinə təsir etmək, insanların, xüsusilə marginal qrupların səsinin ehtiyaclarının qərarverənlərə çatdırılması üçün istifadə etdikləri ən effektiv vasitədir. Vətəndaş cəmiyyəti təşkilatları üçün bu pozitiv dəyişikliklərə aparan yerli milli səviyyəli siyasətlərin ya liderlərin dəstəklənməsi üçün öz üzvlərini kütlələri səfərbər etmə mənasını daşıyır. Bəs belə bir fəaliyyət vətəndaş cəmiyyəti təşkilatlarına verir? üçün onlar vəkilliklə məşğul olur ya olmalıdırlar? Vətəndaş cəmiyyəti təşkilatlarının böyük bir əksəriyyəti cəmiyyətin pozitiv yöndə dəyişməsi yaxşılaşması üçün yorulmadan çalışırlar. Onlar dərk edirlər ki, yerli, regional milli səviyyədə qəbul edilən qərarlar ayrı-ayrılıqda hər bir kəsin, ümumilikdə isə hamının həyatına təsir edir; cəmiyyətə pozitiv dəyişiklikləri gətirən yol isə birbaşa bu qərarların bənzər siyasətlərin yaxşılaşmasından dəyişməsindən keçir; bu dəyişikliklərə nail olmaq isə hər zaman vətəndaş cəmiyyəti təşkilatlarının vərdiş etdikləri fəaliyyətlər - monitorinq, tədqiqat, layihə  üsulu s. hesabına mümkün olmur. Elə bir fəaliyyət lazımdır ki, vətəndaşları bir araya gətirsin,  sistemli, planlı olsun konkret hədəfi olsun. Belə ki, tək-tək  insanların zəif səsi qulaqardı edilsə , vahid məqsəd üçün bir arada çalışan çoxluğun səsi diqqətdən kənarda qala bilməz. Vəkillik bu aspektdən çox kritikdir. Rəsmi siyasətlərə təsir etmək, onları yaxşılaşdırmaq üçün QHT-lər əsasən beş strategiyadan istifadə edirlər. Bunlar maarifləndirmə, inandırma, əməkdaşlıq, məhkəmə çəkişmələri konfrontasiya strategiyalarıdır. Maarifləndirmə yolu ilə vətəndaş cəmiyyəti təşkilatları hökumətləri daha çox informasiya, təhlillər, innovativ yanaşmalar alternativlərlə təchiz etməyə çalışırlar. Maarifləndirmə seminarlar, konfranslar, pilot layihələri tətbiq etmək vasitəsilə həyata keçirilir. Bu strategiya təkcə hökumətləri deyil, ümumilikdə ictimaiyyəti, medianı, millət vəkillərini, vətəndaş cəmiyyəti təşkilatlarını icmaları da hədəf ala bilər. Vətəndaş cəmiyyəti təşkilatları inandırma strategiyasından istifadə edərkən, daha çox təzyiq qrupları kimi çıxış edir təklif etdikləri ideyalara ictimai dəstəyi nümayiş etdirməyə çalışırlar. Burada məqsəd hökumətləri vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi siyasəti ya təqdim etdiyi  dəyişiklikləri nəzərə almağa qanunvericiliyə daxil etməyə sövq  etməkdir. Görüşlər, konfranslar, lobbiçilik nümayişlər hökumətləri inandırmaq üçün ən effektiv üsullardır. Əməkdaşlıq strategiyasını tətbiq edərkən, vətəndaş cəmiyyəti təşkilatları hökumətlərlə əl-ələ işləməyə çalışırlar. Bu hökumət-vətəndaş cəmiyyəti təşkilatları münasibətlərinin  yaxşı dostcasına olduğu halda, qarşılıqlı etimadın mövcudluğu, eyni zamanda hökumətlərin açıq şəffaf olduğu şəraitdə mümkündür. Əlaqələrin qurulması, danışıqlar, konsultasiyalar yolu ilə tərəflər öz maraq, ehtiyac istəklərini, məqsədlərini bir-birilə bölüşə bilir. Vətəndaş cəmiyyəti təşkilatlarının rəsmi siyasətlərdə dəyişiklik etmək üçün istifadə etdikləri daha bir vasitə məhkəmə çəkişmələridir. Qanunların  pozulduğuna ya düzgün tətbiq edilmədiyinə əmin olduqda vətəndaş cəmiyyəti təşkilatları hökumətləri ya başqa tərəfi məhkəməyə verə bilir.  Konfrontasiya strategiyası müxtəlif xarakterli etiraz tədbirlərini nəzərdə tutur. Bu, daha çox hökumətlə vətəndaş cəmiyyəti təşkilatları arasında münasibətlərin kəskin barışmaz olduğu şəraitdə baş verir ki, bu zaman radikal tədbirlər, etiraz nümayişləri, kütləvi  yığıncaqlar  s. təsir vasitəsi kimi seçilir.

 

QHT-lərin yaxşı idarəetmənin təşkilində rolu

 

Yaxşı idarəetmə məsələsi inkişaf problemlərinin mərkəzində dayanmaqla davamlı iqtisadi artım yoxsulluğun azaldılmasına nail olmaq yolunda əsas faktorlardan biri kimi müəyyən edilib. Təcrübə göstərir ki, resursların bolluğuna, hətta hazırlanmış siyasətlərin keyfiyyətli olmasına baxmayaraq insanların rifahında təqdim olunan xidmətlərin keyfiyyətlərində yaxşılaşma müşahidə olunmur, aclıq, xəstəlik savadsızlıq bəlasından xilas olmaq mümkün olmur. Bütün bunlar effektiv hökumət strukturu yaxşı idarəetmə məsələsini  aktuallaşdırır. Belə idarəetmənin əsas mexanizmləri kimi isə vətəndaş iştirakçılığı, hesabatlılıq şəffaflıq alətləri çıxış edir. Vətəndaş iştirakçılığı - vətəndaşların cəmiyyətin idarə edilməsi ictimai işlərin həll edilməsində iştirakı başa düşülür. Vətəndaş iştirakçılığı - ümumi maraqların birləşdirdiyi fərdlər qrupların öz ehtiyac, istək münasibətlərini fəal şəkildə qərarverənlərə çatdırması, onların həyatına təsir edən qərarların qəbulu icra olunması prosesinə qoşulması, bu qərarlara təsir etmək nəzarəti paylaşmaq vasitəsidir.  Hesabatlılıq - demokratiya yaxşı idarəetmənin elə bir mexanizmidir ki, o dövləti vətəndaşları əsasən nəticələr üzərində fokuslaşmaqla aydın vəzifələr müəyyənləşdirməyə, effektiv strategiyalar hazırlamağa həyata keçirməyə, fəaliyyətin monitorinqini aparmağa, onun nəticələri haqda  obyektiv hesabatlar hazırlamağa cəmiyyətlə paylaşmağa sövq edir.

(Ardı var)

Aqil

 





01.05.2014    çap et  çap et