525.Az

Arif Məmmədov: "Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb"


 

Arif Məmmədov: "Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb"<b style="color:red"></b>

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov ilə söhbətimiz Avropanın Gənclər paytaxtı elan olunan, günü-gündən gözəlləşən Gəncə şəhərinin arxeoloji tədqiqi sahəsindəki son durumla bağlıdır.

 - Arif müəllim, uzun illərdir, Gəncə şəhərində  arxeoloji tədqiqatlar aparırsınız. Bu işlərin əvvəlki elmi tədqiqatlardan fərqi nədədir? Hansı elmi yeniliklər var?

- Bu gün Gəncədə geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Mövcud prosesdə ən vacib məqam klassik üslubla müasirliyin sintezidir. Bərpa işləri zamanı tarixdə Gəncə hörgüsü adı ilə tanınan Arran memarlıq üslubunun qorunması xüsusilə təqdirəlayiqdir. Mövcud yanaşma qədim Gəncənin hər səhifəsini əks etdirən şərəfli tarixinin bundan sonra da qorunacağına zəmanət verir.

Gəncədə ilk sistemli tədqiqat işləri XX əsrin əvvəllərində aparılıb. Bu qazıntılar kəşfiyyat baxımından mühüm əhəmiyyət kəsb etsə , şəhərin yaranmasına dair konkret fikir söyləməyə əsas vermir. 1981-ci ildən tarix elmləri namizədi Rəfail Əhmədovun rəhbərliyi ilə yenidən fəaliyyətə başlayan Gəncə arxeoloji ekspedisiyası şəhərin orta əsrlər dövrünün öyrənilməsi sahəsində xeyli işlər gördü. Ancaq onun tarixi ərazilərinin dəqiqləşdirilməsi qədim dövr abidələrinin tədqiqinə diqqət yetirilmədi.

Real nəticələrə gəldikdə, Gəncə arxeoloji ekspedisiyasının 2003-2013- illərdə apardığı arxeoloji qazıntıların əhəmiyyəti böyükdür. Əsas cəhət odur ki, arxeoloji tədqiqatlar zamanı Gəncənin qədim tarixinin tədqiqinə xüsusi diqqət yetirilib. Bu məqsədlə təkcə orta əsr şəhər yeri deyil, həm qədim Gəncənin əraziləri hesab edilən ətrafdakı arxeoloji abidələr tədqiqata cəlb edilib. Ekspedisiyanın fəaliyyəti zamanı daş dövrünün yeni mərhələsinə (neolit dövrü) aid daş baltanın isgənənin tapılması, Gillikdağ emalatxanasından düşərgəsindən dəvəgözü çaxmaqdaşı alətlərinin əldə edilməsi bu ərazidə yaşamış insanların eramızdan əvvəl VII - VI minilliklərə aid neolit mədəniyyətinin yaradıcılarından olduğunu söyləməyə əsas verir. Gəncə Dövlət Qoruğunun ərazisindəki Təndirli deyilən yerdə eneolit dövrünə aid arxeoloji tapıntıların varlığı sübut edir ki, burada neolit dövründə başlamış həyat tərzi e.ə. V minillikdə, eneolit dövründə davam edib, yeni iqtisadi inkişaf üçün zəmin yaranıb.

Arxeoloji tədqiqatlar həmçinin e.ə  IV-III minilliklərdə Gəncənin dağətəyi ərazilərində  məskunlaşmanın artdığını, yeni yaşayış yerlərinin meydana gəldiyini sübuta yetirir. Bu dövrdə tuncun kəşfi metallurgiya, metalişləmə dulusçuluqda təkamülün olduğunu  da isbatlayır. Məhz e.ə IV-III minilliklərdə Gəncə eneolit mədəniyyəti  əsasında yaranmış ilk tunc dövrü mədəniyyəti - Kür-Araz mədəniyyətinin  əsas mərkəzlərindən biri olub. Gəncə ətrafı kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar burada dairəvi quyularda adi dəfnetmə kremasiya adətlərinin olduğunu  izləməyə imkan yaradır. Buradakı dəfn adətləri e.ə III minillikdə bölgədə qədim tayfaların yaşadıqlarını sübüt edən əyani dəlillərdir. Gəncədə Kür-Araz mədəniyyəti tayfalarının mənəvi mədəniyyəti burada tədqiq edilən qəbir abidələrində  izlənilib. Qədim Gəncə tayfalarının dairəvi planlı quyu tipli qəbir abidələrində adi dəfn adətləri ilə yanaşı, kremasiya-ölülərin yandırılıb basdırılması adətləri müşahidə olunub. Ətrafı üstü daşlarla örtülmüş bu tip qəbirlər həm Gəncə, həm Qarabağın qədim tayfaları üçün səciyyəvidir. Xalqımızın qədim mədəniyyətini özündə əks etdirən dəfn adətlərindəki eynilik bu ərazilərdə yaşamış tayfaların etnik mənsubiyyətcə yekcins olduqlarını göstərir.

Arxeoloji tədqiqatların nəticələri e.ə IV-I minilliklərdə Yaxın Şərq Ön Asiyanın ticarət mərkəzini əlaqələndirən əsas karvan yollarının da Gəncədən keçdiyini göstərir ki, bu da Gəncənin bu ticarət yolu üzərində inkişaf tapdığını bütün Cənubi Qafqazda mühüm mədəniyyət mərkəzlərindən biri  olduğunu təsdiqləyir. Gəncə ətrafında Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pul dəfinəsinin tapılması artıq antik dövrdə ərazidə yüksək dərəcədə inkişaf etmiş sənətkarlıq ticarət mərkəzi kimi tanınan iri şəhərin olduğunu isbat edir. Gəncə şəhərinin əsasının e.ə IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən qoyulması ilə bağlı əfsanəvi məlumatlar da var. N.Gəncəvinin "İsgəndərnamə" poemasında İsgəndərlə Nüşabənin görüşü zamanı yeni bir şəhərin əsasının qoyulduğu da bildirilir. Həmin dövrdə Bərdə şəhəri mövcud olduğundan Nüşabə onun hökmdarı kimi tanındığından, yeni əsası qoyulan şəhərin Gəncə olduğunu ehtimal etmək olar. Lakin Makedoniyalı İsgəndərin Şimali Azərbaycanda olmadığı haqda məlumatları əsas götürsək, onda bu fikir yalnız ehtimal xarakteri daşıya bilər. Həm həmin dövrdə Gəncə artıq şəhər kimi mövcud olduğundan, burada şəhərin əsasının qoyulmasından yox, tam dağıntılara məruz qalmış şəhərin yerdəyişməsindən, yaxud bərpasından söhbət gedə bilər.

Gəncə arxeoloji ekspedisiyasının Gəncə Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan Şəhər burnunda apardığı arxeoloji qazıntıların nəticələri yazılı məlumatları təsdiqləyir. Hələ eramızın əvvəllərində yaşamış Strabonun məlumatlarını əsas götürsək, antik dövrdə Kür çayı gəmiçilik üçün yararlı olduğundan, bütün iri yaşayış məntəqələri həmin çay boyunca yerləşmişdi. Arxeoloji qazıntılar zamanı çayda hərəkət edən gəmilərin yan alması üçün "buxta" qalıqlarının, müsafirlərin yüklərin yerləşdirilməsi üçün nəzərdə tutulan hücrələrin, sənətkarlıq məmulatları alətlərinin tapılması deyilənlərin sübutudur. Digər tərəfdən, ilk insanların məşğuliyyətində ovçuluq yığıcılıqla yanaşı balıqçılığın da mühüm yer tutduğunu bunun üçün Kür çayı sahillərindəki Gəncə Qoruğu ərazisində bütün imkanlarının olduğunu, eləcə şəhərin yaranması gələcəkdə böyüməsi üçün geniş düzənlik ərazinin vacibliyini nəzərə alsaq, qədim Gəncə dağlıq yerlərdə deyil, məhz bu ərazilərdə təşəkkül tapıb. Gəncə arxeoloji ekspedisiyasının apardığı arxeoloji kəşfiyyat işləri zamanı "Şəhər burnun"dan əvvəlki Gəncənin yeri hesab etdiyimiz ərazi müəyyənləşdirilib ki, bu da onun antik dövrdən əvvəlki tarixinin dəqiqləşdirilməsi baxımından önəmlidir. Yeni müəyyənləşdirilmiş ərazidə arxeoloji tədqiqat işlərinə başlanılması həm antik daha qədim dövrlərdə Gəncənin ətrafına hasar çəkilməsi ilə bağlı fikirlərə aydınlıq gətirməyə imkan verəcək.

- Sonrakı dövrdə Gəncənin arxeoloji tədqiqi ilə bağlı hansı xüsusiyyətləri vurğulamaq mümkündür?

- Ərəb işğalları dövründə Gəncə Albaniyanın əsas şəhərlərindən biri kimi öz mövqeyini saxlaya bildi. 943-944- illərdə slavyanların hücumları nəticəsində Bərdə şəhəri güclü dağıntılara məruz qaldığından ticarət yolları şimaldan cənuba keçmiş Bərdə əlaqə nöqtəsi kimi öz əhəmiyyətini itirdi. Həmin dövrdə iqtisadi, siyasi mədəni mərkəz kimi Gəncənin mövqeyi artdı, onun ətraf qala divarları möhkəmləndirildi, Keşikçi qala, Gülüstan qalası, Qızıl qala, Balçılı qalası, Köşkü qalası s. kimi müdafiə istehkamları tikildi.XI əsrdə Şəddadilər dövründə güclənən Gəncə Arranın nəhəng şəhərinə çevrildi. XI-XII əsrlərdə Gəncə ölkənin siyasi, iqtisadi mədəni həyatında mühüm rol oynayan  şəhər kimi məşhurlaşdı.

Atabəylərin hakimiyyəti dövründə Gəncə həm müsəlman, həm xristian Alban İntibah mədəniyyətinin mərkəzi oldu. Müsəlman İntibahının Əbül-üla Gəncəvi, Nizami Gəncəvi, Qivami Gəncəvi, Məhsəti (Rəziyyə) Gəncəvi, xristian alban mədəniyyətinin David Alavik, Smbat Sparapet, Xetun Patmiç, Mxitar Qoş, Kirakos Gəncəli, Böyük Vardan albanlı s. kimi nümayəndələri Gəncədə yaşayıb yaradıblar. Bu dövrdə Alban katalikosluğunun mərkəzinin Qarabağdakı Gəncəsər Berdakur məbədlərindən, Gəncə ətrafındakı dağlarda yerləşən Mahrasa məbədinə köçürülməsi deyilənləri təsdiq edir.

Arxeoloji tədqiqatlar onu da sübut edir ki, monqol işğalları dövründə Gəncə ətraf ərazilərdə əkinçiliyin tənəzzülü heyvandarlığın inkişafı ilə əlaqədar tərəkəmələr xeyli varlandılar. Öz mal-qara sürülərini monqollardan qorumağa çalışan tərəkəmə elbəyiləri (feodalları) dağlıq ərazilərə çəkilir, əlverişli yerlərdə özlərinə qəsrlər tikdirir, əlavə müdafiə hasarları çəkdirirdilər. XIII-XIV əsrlərdə tikilmiş Zurnabad qalası da bu məqsədlə inşa olunmuş qurğulardan hesab edilir.

Ümumən Gəncə arxeoloji ekspedisiyası 2003-2013- illərdə orta əsr Gəncə şəhəri ərazisində qala divarlarının daha qədim qalıqlarını, VII-VIII əsrlərə aid yeddi aşırımlı körpünün tağlarını, 4,5 m dərinlikdəki su kəməri xətti qalıqlarını s. aşkarlayıb. Ekspedisiya həmçinin dulus kərpic kürəxanalarında, N.Gəncəviyə hədiyyə edilən Həmidünya kəndinin yerləşdiyi Beşran təpəsində, Qızıl qalada, Çillikdağda, Təndirlidə, Zurnabad qalasında, Balçılı Qız qalasında, Keşikçidağ məbədlərində, mağaralarında, qulləsində nekropolunda, Mahrasa məbədində, Göybulaq məbədində, Topal Hasanlı kəndində, İsgəndər təpəsində s. ərazilərdə arxeoloji tədqiqat kəşfiyyat işləri aparıb, şəhərin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət qalıqlarını üzə çıxara bilib.

Arxeoloji qazıntıların nəticələri Gəncə ərazisində neolit dövründən başlayaraq son orta əsrlərə qədərki dövrdə maddi-mədəniyyətdəki varisliliyi ənənəviliyi izləməyə imkan verib, burada yaşayan əhalinin tərkibinin yekcins olduğunu təsdiqləyib. Habelə ortaya şəhərin daha qədim tarixinə dair yeni faktlar qoyub. Bütün bunlara görə qətiyyətlə demək mümkündür ki, Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb.

- Gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar barədə deyə bilərsiniz?

- Arxeologiya lisenziyalı sahədir. Mərkəzləşmiş qaydada AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun nəzarəti ilə aparılır. Tarixçi hansısa arxiv sənədini işləyərkən səhvə yol versə, onu gələcəkdə başqası düzəldə bilər, ancaq arxeoloji abidə dağıldısa, onu yenidən bərpa etmək, öyrənmək mümkünsüzdür. Hələlik Gəncə arxeoloji ekspedisiyası hər il mövsümi olaraq fəaliyyətini davam etdirir. Gəncədə olan kadrlarımız arxeoloji tədqiqatlara cəlb olunurlar.

Aqil LƏTİFOV

 





01.05.2014    çap et  çap et