525.Az

"Paytaxtın 15-ə yaxın məktəbində istilik problemi var" - BŞTİ müdiri


 

"Paytaxtın 15-ə yaxın məktəbində istilik problemi var" -<b style="color:red"> BŞTİ müdiri</b>

"Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bəzi məktəblərdə istiliklə bağlı müəyyən problemlər var idi".

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, problemlərin çeşidləri də müxtəlif idi - qazın verilməməsi, istilik sistemi, texniki problemlər və s.: "Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idi, artıq onlar yavaş-yavaş səngiyir. Hazırda təxminən 15-ə yaxın məktəbdə problem var. Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır".

İdarə müdiri güclü külək nəticəsində problem yaranan məktəblər barədə də danışıb. O qeyd edib ki, problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır.

 





25.11.2021    çap et  çap et