525.Az

"Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib


 

"Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimatda Gürcüstandan filologiya elmləri doktorları, professorlar İrma Ratiani, Maka Elbakidze, mətnşünas Qaqa Lomedze, Özbəkistandan professor Hamidulla Baltobayev və digər ziyalılar iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra bu sahədə görülən işlərdən söz açıb. Akademik İsa Həbibbəyli ölkə başçısının  Sərəncamından sonraAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin8 yanvar 2021-ci il tarixli Qərarı olduğunu xatırladaraq“Nizami Gəncəvi ili” çərçivəsində akademiyada və Ədəbiyyat İnstitutunda həyata keçirilən işlər barəsində geniş məlumat verib.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri layihənin nəticəsi olaraq “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini“Nizami Gəncəvi ili”nə böyük töhfə adlandırıb. Kitabın ərsəyə gəlməsində Nizamişünaslıq şöbəsinin də böyük xidmətləri olduğunu vurğulayıb.

Sonra Nizamişünaslıq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva kitabın hazırlanma prosesindən və mahiyyətindən danışıb.

Filologiya elmləri doktoru, professor İrma Ratiani“Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında söz” adlı məruzə edərək həyata keçirilmiş bu layihə haqqında təfərrüatı ilə məlumat verib və nəşrin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürlərini çatdırıb. 

M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin “Özbək ədəbiyyatşünaslığı” kafedrasının müdiri, professor Hamidulla BaltobayevNizami Gəncəvinin özbək dilinə ilk dəfə olaraq tərcümə olunmuş “Xəmsə”nin xüsusi nəşrini də “Nizami Gəncəvi ili”nə bir hədiyyə adlandırıb.

Nizamişünaslıq şöbəsinin əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorlarıTəhminə Bədəlova və Yelena Teyer, gürcü alimlərdən Maka Elbakidze və Qaqa Lomedze çıxış edərək “Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında fikirlərini bölüşüblər.

AMEA Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov çıxışında Nizaminin əsərləri ilə bağlı incəsənət nümunələrindən bəhs edib. Ona Şota Rustaveli və Nizami Gəncəvinin birgə portretini çəkmək təklif olunub.

Sonda qonaqlara Nizami Gəncəvi ilə bağlı rəmzi hədiyyələr və müxtəlif nəşrlər təqdim olunub.
 

 





25.11.2021    çap et  çap et