525.Az

İsa Həbibbəyli və Kamal Abdullaya yüksək mükafat


 

GÖRKƏMLİ ALİMLƏRİMİZ “YAŞAYAN DƏDƏ QORQUD” MÜKAFATINA LAYİQ GÖRÜLÜBLƏR

İsa Həbibbəyli və Kamal Abdullaya yüksək mükafat<b style="color:red"></b>

Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı 2021-ci il üçün "Yaşayan Dədə Qorqud" mükafatı sahiblərinin adlarını açıqlayıb.

525.az xəbər verir ki, Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunur. Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər. Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, Türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, Türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar. 


 

 





25.11.2021    çap et  çap et