525.Az

Azərbaycanda yüksək rütbəli hərbçi ağır qəzaya uğrayıb


 

Azərbaycanda yüksək rütbəli hərbçi ağır qəzaya uğrayıb<b style="color:red"></b>

Azərbaycanda hərbi hissə komandiri əvəzi ağır qəzaya uğrayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sumqayıt şəhər ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə ağır yaralanan hərbçi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





02.05.2014    çap et  çap et