525.Az

“Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” - Putin


 

“Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” -<b style="color:red"> Putin</b>

“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir”.

525.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.

 





26.11.2021    çap et  çap et