525.Az

Putin İlham Əliyevə təşəkkür edib


 

Putin İlham Əliyevə təşəkkür edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda rus dilinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

525.az APA-ya istinadən xəbər verir ki, iki lider arasında Soçidə keçirilən görüşdə V. Putin humanitar təmasların davam etdiyini bildirib: “Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”.

 





26.11.2021    çap et  çap et