525.Az

“Facebook” mobil reklam şəbəkəsini işə saldı (FOTO)


 

“Facebook” mobil reklam şəbəkəsini işə saldı (FOTO)<b style="color:red"></b>

“Facebook” mobil reklam şəbəkəsini işə salıb.

ANS PRESS-in verdiyi məlumata görə, “Facebook” şirkəti “Audience Network” mobil reklam şəbəkəsini nümayiş etdirib.

Artıq kənar tətbiq tərtibatçıları tarqetinq üçün sosial şəbəkənin məlumatlarından istifadə edərək reklam yerləşdirə biləcəklər. Elan verənlər isə “Facebook”dan kənarda öz kampaniyalarının əhatəsini genişləndirəcəklər.

Bildirilir ki, yeni məhsul “Facebook f8” konfransında layihələrin idarə edilməsi üzrə direktor Debora Liu tərəfindən təqdim edilib.

“Facebook”un reklam şəbəkəsinin köməyi ilə tətbiqlərdə ənənəvi banner reklamı, həm də xidmətə uyğunlaşdırılmış formatlar yaratmaq mümkün olacaq.

Tərtibatçılar artıq bu gündən etibarən mobil reklam şəbəkəsindən istifadə edə bilərlər.

 





02.05.2014    çap et  çap et