525.Az

Məşhur əfqan qızı İtaliyaya köçüb


 

Məşhur əfqan qızı İtaliyaya köçüb<b style="color:red"></b>

 

1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən çəkilmiş və “National Geographic” jurnalının üz qabığı ilə məşhurlaşan "əfqan qızı" Şərbət Qula İtaliyanın paytaxtı Romaya köçüb.

525.az xəbər verir ki, İtaliya hökumətindən verilən yazılı açıqlamada, 1985-ci ildə Peşəvərdəki qaçqın düşərgəsində ikən fotosunu Makkarinin çəkdiyi Qulanın Əfqanıstanı tərk etdiyi bildirilib.

Bəyanatda Qulanın avqust hadisələrindən sonra ölkəsini tərk etmək üçün kömək istəməsinə cavab olaraq İtaliyanın Baş Nazirliyi əfqan qızın qəbul və inteqrasiya tədbirləri çərçivəsində İtaliyaya səfərini təşkil edib. Onun Romaya gəlməsi təmin edilib.

Məşhur foto çəkiləndə 13 yaşı olan Qulanın hekayəsi Sovet İttifaqı ilə Əfqanıstanın müharibəsi zamanı yetim qalanda başlayıb. Az qala hər kəsə təsir edən fotodakı qızın kim olduğu uzun müddət tapılmamışdı.

El Roman

 





26.11.2021    çap et  çap et