525.Az

Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin nəzərinə


 

Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin nəzərinə<b style="color:red"></b>

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə noyabrın 10-dan start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

 





27.11.2021    çap et  çap et