525.Az

Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni üzvləri seçilib


 

Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni üzvləri seçilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəsislər Şurasının yeni üzvləri və sədri seçilib.

525.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli yeni üzvləri təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Akademik vurğulayıb ki, bu heyət tamamilə yeni gənclərdən təşkil olunub. Bunlar Şəfa Əliyeva (sədr), Orxan İsayev (müavin), filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, Nurlanə Məmmədova, Şəbnəm Babayeva, Lalə Paşayeva və Günel İsgəndərovadır. Xatırladıb ki, əvvəlki sədr filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva idi. Onun fəaliyyəti haqqında müsbət fikir söyləyən akademik İsa Həbibbəyli Eşqanə Babayevanın artıq elmlər doktorluğu müdafiəsinə çox qısa zaman qaldığını bildirib və yaş həddinə görə sədr vəzifəsindən azad edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Əliyeva Şəfa Şakir qızı 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə doktoranturaya qəbul olub. "Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq" mövzusunda dissertasiya işi ilə əlaqədar bir çox respublika və beynəlxalq konfranslarda iştirak edib. 20-dən çox elmi məqalənin müəllifidir. Məqalələri Ali Attesstasiya Komissiyasının qoyduğu tələblərə tam cavab verir. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əmək fəaliyyətinə başlayıb. Hal-hazırda Ədəbi cərəyanlar sektorunda elmi işçi kimi çalışır. 2018-2019-cu illərdə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə İnstitutda təşkil edilmiş ingilis dili kurslarında müəllim kimi fəaliyyət göstərib. Şəfa Əliyeva dissertasiya işinin müzakirəsini müvəffəqiyyətlə tamamlayıb. Hazırda növbəti mərhələ olan elmi seminara hazırlaşır. 2021-ci ilin noyabr ayında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəsislər Şurasının sədri seçilib.
 

 





27.11.2021    çap et  çap et