525.Az

"Həyatın rəngləri" sərgilənir


 

"Həyatın rəngləri" sərgilənir<b style="color:red"></b>

"Azərkitab" kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın "Həyatın rəngləri" adlı yaradıcılıq sərgisinin açılışı olub.

525.az xəbər verir ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 əsəri nümayiş olunub.

Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında geniş məlumat verib. Sonra çıxış edənlər Rəssamlıq Akademiyasının müəllimi Elşən Quliyev, Rəssamlıq Akademiyasının dossenti Telman Abbasov, türkiyəli rəssam Ahmet Naim Pir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sabir Əhədov, "GALERA" Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli və digərləri rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.

Sonra Tünzalə Ağabalayeva çıxış edərək sərgisinin təşkilində xüsusi dəstəyinə və fəal iştiraklarına görə Elnurə və Aygün İsgəndərovalara və "Azərkitab" mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda rəssam Tünzalə Ağabalayeva "Azərkitab" mərkəzi tərəfindən diplomla təltif olunub. "Həyatın rəngləri" 3 gün davam edəcək.


 

 





27.11.2021    çap et  çap et