525.Az

Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq


 

Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq<b style="color:red"></b>

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

525.az xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır", - nazir bildirib.

Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBANK) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib: “Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”.

 





27.11.2021    çap et  çap et