Azərbaycan şirkətləri Türkiyənin Eskişəhir şəhərində keçirilən 2-ci İnşaat Sərgisində iştirak edir.
525.az Report-a istinadən xəbər verir ki, sərgidə Azərbaycandan başqa, Bolqarıstan, Monqolustan, Gürcüstan, İraq, Liviya, İordaniya, Misir, Qazaxıstan, Suriya, Kosovo, Albaniya və Şimali Makedoniyadan 200-dən çox iş adamı iştirak edəcək.
Qeyd edək ki, sərgi Əskişəhər Sərgi Konqres Mərkəzində keçirilir. Sərgi Konqres Mərkəzi xarici missiya nümayəndələrini, satınalma komitələrini və iş adamlarını Eskişehirdən olan iş adamları və sənayeçiləri bir araya gətirir.