525.Az

Funikulyor bu gündən istifadəyə veriləcək (VİDEO)


 

Funikulyor bu gündən istifadəyə veriləcək<b style="color:red"> (VİDEO)</b>

Artıq bir həftədir ki, fəaliyyətini fasilələrlə dayandıran Bakı Funikulyoru günün ikinci yarısından sonra yenidən paytaxt sakinlərinin istifadəsinə verilib.

9 aylıq əsaslı təmirdən sonra tam yenilənmiş şəkildə istifadəyə verilən Bakı Funikulyorunun fəaliyyətində növbəti dəfə durğunluq yaşandı. Funikulyor ya müəyyən fasilələrlə paytaxt sakinlərinin ixtiyarına verildi, ya da ki ümumiyyətlə işləmədi. Dağüstü nəqliyyat vasitəsində yaranan bu vəziyyət isə onun texniki problemləri ilə əlaqələndirilir. Əslində, vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün sözügedən ərazidə olduq.

Funikulyor işləmədiyindən burada nə gözətçi, nə də sakinlər gözümüzə dəydi. Amma giriş qapısının üzərində qabaqlayıcı tədbirlər, profilaktika sözləri yazılmış ağ lövhə gözümüzdən yayınmadı. Seyrək şəkildə də olsa, funikulyorla gəzintiyə çıxmaq istəyən paytaxt sakinləri onun işləmədiyini görüb geri qayıdırdı.

Bakı Funikulyorunun direktoru Tofiq İsmayılov texniki problemlərin yaşanması məlumatını təkzib etdi və bildirdi ki, yalnız həftənin birinci günləri burada profilaktik qabaqlayıcı tədbirlər görülür. Təhlükəsizlik məqsədi ilə vaqonlar, eləcə də onların relsləri texniki baxışdan keçirilir. Bu prosessin özü də müəyyən cədvəl-qrafikdə həyata keçirilir. O ki qaldı Funikulyorun fəaliyyətinin dayandırılmasına, dövlət tədbirləri ilə əlaqədar göstəriş verilib və buna görə fasilələrlə bağlanıb: “5 aydır ki, funikulyor fəaliyyət göstərir. Bu müddətdə heç bir problem olmadan işləyib, bu gün axşam saat 18-00-dan istifadəyə veriləcək”.

T. İsmayılov bu nəqliyyat vasitəsi ilə gəzintiyə çıxmaq istəyənlərin hələ bir müddət də gediş haqqı ödəməli olmayacağını bildirib.

 





21.10.2012    çap et  çap et