525.Az

Ədəbiyyat İnstitutunda Həmidulla Baltabayev seminar keçib - Foto


 

Ədəbiyyat İnstitutunda Həmidulla Baltabayev seminar keçib -<b style="color:red"> Foto</b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın tanınmış alimi, professor Həmidulla Baltabayevin “Özbək ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” mövzusunda seminarı olub. 

525.az xəbər verir ki, iclası Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonağı salamlayıb. İnstitutun magistr və doktorantları üçün təşkil olunmuş seminara dəvəti qəbul etdiyinə görə professor Həmidulla Baltabayeva öz minnətdarlığını bildirib. 

Seminarda İnstititutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqa alimlər iştirak ediblər. Eyni zamanda Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəsislər Şurasının üzvləri, institutun doktorant, dissertant və magistrantları da seminarı maraqla dinləyib və mövzu ətrafında suallarını veriblər. Seminar maraqlı diskussiya şəraitində davam etdirilib. 
 

 





27.11.2021    çap et  çap et