525.Az

Əvəz Həsənov dəfn edilib


 

Əvəz Həsənov dəfn edilib <b style="color:red"></b>

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov son mənzilə yola salınıb.

525.az xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikasının Preezidentinin köməkçisi Hikmət Hacıyev, PA-nın QHT-lər üzrə məsul əməkdaşı Vüsal Quliyev, millət vəkili Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova, Arzu Abdullayeva, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov və digər çox sayda QHT təmsilçiləri, tanınmış jurnalistlər Anar Yusifoğlu, Eldəniz Elgün, Elşad Eyvazlı, Asəf Quliyev, habelə mərhumun yaxınları iştirak ediblər.

Qeyd edək ki, 50 yaşlı Əvəz Həsənov ötən gün ürəktutmasından vəfat edib.

Allah rəhmət eləsin!

 





27.11.2021    çap et  çap et