525.Az

"Yuventus"un prezidenti istintaqa cəlb olundu


 

"Yuventus"un prezidenti istintaqa cəlb olundu<b style="color:red"></b>

“Yuventus”un Turin və Milandakı ofislərində maliyyə polisi tərəfindən araşdırmalar başlayıb.

525.az İtaliya mətbuatına istinadən xəbər verir ki, araşdırmalarda “Yuventus”un 2019-2021-ci illər aralığında maliyyə hesabları nəzərdən keçirilir. Həmçinin klubun prezidenti Andrea Anyelli və onun köməkçisi Pavel Nedved də saxlanılıb. Hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.

 





27.11.2021    çap et  çap et