525.Az

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb


 

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb<b style="color:red"></b>

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib.

O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.

Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.

“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, - o vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını alıb.

 





27.11.2021    çap et  çap et