525.Az

75 yaşlı qadından qeyri-adi addım


 

75 yaşlı qadından qeyri-adi addım<b style="color:red"></b>

Kambocanın şimal-şərqindəki Krati əyalətində yaşayan 75 yaşlı Khim Hanq inəklə evlənib. 

525.az xəbər verir ki, inək və qadın hazırda eyni evdə yaşayır. Qadın dünyasını dəyişən ərinin inək bədənində yenidən doğulduğunu iddia edib. İnək hətta qadının mərhum ərinin yerində yatır. Onun inəklə evlənməsinin səbəbi eşidənləri daha da təəccübləndirib. Qadın inəyin əri olduğuna necə inandığından da danışıb:

"O, saçımı və boynumu yalamağa başladı, mənə çox isti və qəribə gəldi. Sonradan əmin oldum ki, o, az müddət əvvəl vəfat edən ərimdir". 

Qeyd edək ki, Krati əyalətində yaşayan bəzi insanlar ölümdən sonra yenidən doğulacağına inanırlar.

El Roman

 





27.11.2021    çap et  çap et