525.Az

Makron Boris Consonu tənqid etdi


 

Makron Boris Consonu tənqid etdi <b style="color:red"></b>

Çərşənbə günü Fransanın şimalındakı Pas-de-Kale bölgəsindən İngiltərəyə gedən qayığın Manş boğazında batması nəticəsində 31 nəfər həyatını itirib.

525.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Makrondan Fransadan İngiltərəyə gələn mühacirləri geri almasını istəyib.

Conson sosial media hesabında Makrona açıq məktubunda deyib: “Mən təklif edirəm ki, Manş boğazını keçən bütün qeyri-qanuni mühacirlərin geri qaytarılmasına icazə vermək üçün ikitərəfli readmissiya sazişi bağlayaq”. 

Makron Consonun sosial mediada açıq məktub dərc etməsini tənqid edib.

Məktuba reaksiya verən Makron, “Metodlar ciddi olmayanda təəccüblənirəm”, - deyib. 

Britaniya mediası Emmanuel Makronun əsəbiləşdiyini və irrasional siyasətlər izlədiyini bildirərək, Fransa liderinə yeni ləqəb verib. İngiltərənin Avropa İttifaqından ayrılması ilə bağlı Brexit prosesindən sonra Makronun xarici siyasətinin relsdən çıxdığını ifadə edən "Daily Mail" qəzeti Makron üçün “Saxta Napoleon” ifadəsini işlədib.

El Roman

 





27.11.2021    çap et  çap et