525.Az

Niderlandda yenidən karantin sərtləşir


 

Niderlandda yenidən karantin sərtləşir<b style="color:red"></b>

COVID-19 pandemiyasının dördüncü dalğasının güclü şəkildə hiss olunduğu Niderlandda yeni qaydalar müəyyənləşib. Belə ki, bazar günündən başlayaraq hər gün axşam saat 17:00-dan səhər saat 05:00-a qədər qismən komendant saatı tətbiq ediləcək. 

525.az xəbər verir ki, qərar aptek və supermarketlər kimi vacib müəssisələr istisna olmaqla, 28 noyabrdan 18 dekabracan 3 həftə ərzində bir çox sektorlar bağlı olacaq. Gündə ortalama müsbət koronavirusa yoluxma sayının 25 minə yaxınlaşdığı Niderland dördüncü dalğadan sonra sərtləşdirməyə gedən ilk ölkədir. 

Baş nazir Mark Ruttenin açıqlamasına görə, bu tətbiq restoran, kafe, vacib olmayan mağaza, kinoteatr, teatr, muzey və bərbərlər də daxil olmaqla əyləncə parklarını əhatə edib.

Məcburi hallar istisna olmaqla, evdən işləmək təşviq edilib. Evlərə dörd nəfərdən çox ziyarətçinin buraxılmaması tövsiyə olunub.

Baş nazir Rutte, tədbirlərdən təsirlənən sahibkar və sektorları dəstəkləyəcəklərini, mümkün qədər praktik dəstək proqramı həyata keçirəcəklərini vurğulayıb.

El Roman

 





27.11.2021    çap et  çap et