|
|
|
|
Amerikalı məşhur bəstəkar Stefan Sondeim 26 noyabrda 91 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York doğumlu əfsanəvi bəstəkar və yazarın ölümü bütün Amerikanı məyus edib. 1930-cu ildə anadan olmuş Stefan karyerasına 1952-ci ildə başlayıb və "Follies", "A Little Night Music" də daxil olmaqla "Broadway"in ən çox bilinən proqramlarından bəzilərini yazıb. O "West Side Story" üçün mahnı sözləri də yazıb.
Qeyd edək ki, Stefan 8 "Grammy" , 9 "Tony", "Academy" və "Pulitzer" mükafatlarına layiq görülüb.
Məhəmməd Tağıyev