525.Az

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - Yenilənib (foto)


 

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub -<b style="color:red"> Yenilənib (foto)</b>

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

 





28.11.2021    çap et  çap et