İtaliyada şiddətə məruz qalan qadınlara dövlət tərəfindən yardım ediləcək.
525.az xarici mediaya istinadən xəbər verir ki, hökumət bu qadınlar üçün 400 avro “azadlıq gəliri” təmin etməyə hazırlaşır. İtaliya Ailə və Bərabər İmkanlar naziri Elena Bonetti, qadınlara yönəlmiş şiddətə qarşı ölkəsinin yeni tədbirlər planını açıqlayıb. Sözü gedən prosesi elan edən Bonetti, “Qadınlar iqtisadi zorakılığa məruz qalır. Azadlıq gəliri isə qadınları dəstəkləmək üçün istifadə olunan vasitələrdən biridir. Bu vasitə onlara çətinlikləri xaricində də bir həyat olduğunu xatırlamalarına kömək edəcək”, - deyib.
Qeyd edək ki, İtaliya hökumətinin bu qərarı 25 noyabr - Qadına Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günündə qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamaya görə isə dünyada 1 milyard qadın kişi zorakılığına qarşı müdafiəsiz vəziyyətdədir.
Sevil Gülməmmədova