Bu gün Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
525.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.