525.Az

Sabah Milli Məclisdə narkomaniya mövzusunda dinləmə keçiriləcək


 

Sabah Milli Məclisdə narkomaniya mövzusunda dinləmə keçiriləcək<b style="color:red"></b>

Sabah Milli Məclisdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçiriləcək.

525.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Dinləmədə Milli Məclisin deputatlarının, əlaqədar qurumların rəsmi şəxslərinin iştirakı gözlənilir.

 





29.11.2021    çap et  çap et