525.Az

Bu məktəblərdə əyani tədris bərpa olunub


 

Bu məktəblərdə əyani tədris bərpa olunub<b style="color:red"></b>


Noyabrın 29-dan paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a verilən məlumata görə,  məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

İdarədən bildirilib ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilib.

Xatırladaq ki, Bakı Avropa Liseyinfə 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı.

 
Sevinc Qarayeva
 

 





29.11.2021    çap et  çap et