525.Az

Səudiyyə Ərəbistanından Ümrə açıqlaması


 

Səudiyyə Ərəbistanından Ümrə açıqlaması<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Ümrə ziyarətinə gələn xaricilər üçün ölkəyə giriş şərtlərini açıqlayıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikada ortaya çıxan və “Omicron” adı verilən koronavirusun yeni mutasiyaya uğramış növü yayılmağa davam edərkən, Səudiyyə Ərəbistanı yenidən ölkəyə giriş şərtləri barədə açıqlama verib. Belə ki, son açıqlamada 18 fərqli ölkədən Ümrə ziyarəti üçün gələnlərə peyvənd olunmalarına baxmayaraq ölkəyə giriş qadağası qoyulduğu bildirilib. 

Zambiya, Madaqaskar, Anqola, Komor adaları, Cənubi Afrika, Namibiya, Zimbabve, Mozambik, Lezoto, Efiopiya kimi ölkələrdən turist gəlişini dayandıran Səudiyyə Ərəbistanı hökuməti yeni mutasiya ilə bağlı narahatlığını bildirib. 

Həcc və Ümrə nazirliyinin etdiyi açıqlamaya görə, Kəbəni ziyarət etmək istəyənlər üçün qadağaların yeniləndiyini bildirib.  Açıqlamada Səudiyyə Ərəbistanı tərəfindən tanınan peyvəndi vurduranların karantinə alınmayacağı deyilib. Həmçinin ölkədə təsdiqlənməyən, ancaq ÜST tərəfindən tanınan peyvəndləri vurduran insanlar 3 gün karantində qalacaqlar. Karantin müddətini tamamlayanlardan neqativ nəticəli PCR testi istəniləcək.
Sevil Gülməmmədova

 





30.11.2021    çap et  çap et