525.Az

Oqtay Əsədov: “Bəzi TV-lər Milli Məclisi rüsvay edir”


 

Oqtay Əsədov: “Bəzi TV-lər Milli Məclisi rüsvay edir”<b style="color:red"></b> Azərbaycan parlamentinin spikeri bəzi televiziyaları parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirib. Lent.az-ın məlumatına görə, parlamentin bu günkü iclasında O. Əsədov qeyd edib ki, bəzi mətbuat, xüsusilə TV var ki, Milli Məclisi rüsvay edir.
 
O buna görə deputatları da qınayıb: “Aranızda eləsi var ki, müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də!”.
 
O. Əsədov mətbuata mesaj da yollayıb: “Çox təəssüf ki, Azərbaycan mətbuatında ürək açan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz özümə deyirəm: Görəsən bu mənim millətimdir?” 
 





02.05.2014    çap et  çap et