525.Az

ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib


 

ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

525.az-ın xəbərinə görə, ABŞ səfirliyi bu barədə "Twitter"də paylaşım edib.

"Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk", -qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

 

 





01.12.2021    çap et  çap et