525.Az

Belarus səfirliyi helikopter qəzasına görə başsağlığı verib


 

Belarus səfirliyi helikopter qəzasına görə başsağlığı verib<b style="color:red"></b>

Belarusun Azərbaycandakı səfirliyi hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.

525.az-ın xəbərinə görə, səfirlik bu barədə "Twitter" hesabında paylaşım edib.

"Xızı rayonu ərazisində Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik", - qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

 





01.12.2021    çap et  çap et