525.Az

Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib


 

Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib<b style="color:red"></b>

Xorvatiya səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfərin isə həlak olub.

 





01.12.2021    çap et  çap et