525.Az

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Karyera məsləhətçiləri üçün təlimlərin I mərhələsi başa çatıb


 

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Karyera məsləhətçiləri üçün təlimlərin I mərhələsi başa çatıb<b style="color:red"></b>

Seçilmiş peşə təhsili müəssisələrində karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramının I mərhələsi uğurla başa çatıb.

Bu barədə 525.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim proqramı çərçivəsində interaktiv müzakirələr təşkil olunub. İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi tapşırıqlar üzrə iş, canlı karyera məsləhət xidməti, imtahanlar əsasında aparılıb.

“Karyera məsləhəti xidmətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə məktəbindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub, 22 iştirakçı təlimlərə cəlb olunub.

Təlim proqramı “Karyera məsləhətçisi” və “Təlimçinin təlimi” kurslarını, həmçinin hər iki təlimdən sonra həyata keçirilən praktik tapşırıqlara və konsultasiyalara əsaslanan mentorluq prosesini özündə ehtiva edir.

“Təlimçilərin təlimi” kursuna dekabr ayından başlanılır.

 





01.12.2021    çap et  çap et