525.Az

Milli Arxiv İdarəsində hesabat-seçki yığıncağı keçirilib


 

Milli Arxiv İdarəsində hesabat-seçki yığıncağı keçirilib<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı olub.

Milli Arxiv İdarəsindən 525.az-a bildirilib ki, yığıncaqda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İdarənin rəisi Əsgər Rəsulov iclas iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət, xalq və ordu birliyinin əhəmiyyətini, YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolunu qeyd edib.

Əsgər Rəsulov dövlətimizin başçısnın rəhbərliyi ilə qazanılmış böyük və tarixi Qələbədən sonra ölkəmizdə və regionda yeni reallıqların yarandığını diqqətə çatdırıb. O, azad edilmiş torpaqlara böyük qayıdışın təmin edilməsi üçün görülən işlərdə arxiv sənədlərinin önəmini qeyd edərək, respublika arxivçilərin bu istiqamətdə göstərdiyi fəaliyyəti xüsusi vurğulayıb.

Binəqədi rayon YAP ərazi təşkilatının əməkdaşı Səbinə Zeynalova yığıncaqda çıxış edərək rayon təşkilatının ümumi fəaliyyətində YAP üzvü olan arxivçilərin rolu haqqında danışıb.

Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının sədri Yeganə Cabbarlının Yeni Azərbaycan Partiyasının VI qurultayından sonra ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, təşkilati məsələlərə baxılıb. Partiya üzvlərinin səsverməsi ilə Yeganə Cabbarlı yenidən Milli Arxiv İdarəsinin ilk ərazi təşkilatının sədri, Cəmaləddin Cavadov isə sədrin müavini seçilib.

 





01.12.2021    çap et  çap et